İraqda Eynəl Əsəd bazasındakı Amerika hərbçilərinin qərargahına PUA hücumu

Xəbər mənbələri çərşənbə günü səhər saatlarında İraqın qərbində yerləşən Ayn əl-Əsəd bazasındakı ABŞ hərbi qərargahına pilotsuz təyyarə hücumu barədə məlumat yayıblar.
İRNA-nın “Əl-Mənar”-a istinadən verdiyi məlumata görə, İraq İslami Müqaviməti bəyanat yayaraq, Ayn əl-Əsəd bazasının PUA-larla hədəfə aldığını açıqlayıb.
İraq İslami Müqaviməti bu dron hücumunun uğurlu olduğunu bəyan edərək, sözügedən hücumun sionist rejimin Qəzza əhalisinə qarşı cinayətlərinə cavab olaraq həyata keçirildiyini bildirib.