İraqda imam cümənin evinə silahlı basqın etdilər
Əl-Sumaria News İraqın Nəcəf şəhərinin cümə imamı höccətül islam Seyid Sədrəddin əl-Qabbançinin evi naməlum şəxslərin silahlı hücumuna məruz qaldığından xəbər verir.
İRNA-nın məlumatına görə, İraqın Əl-Sumaria News telekanalı bu gün (30 oktyabr) təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, naməlum şəxslər Nəcəf Əşrəfdə Əl-Qədir məhəlləsində yerləşən cümə imamının evini RPG və qumbaraatanlarla hədəfə alıblar.
Məlumata görə, Nəcəf Əşrəfin İmam Cüməsinin mühafizəçilərindən biri yaralanıb.
Bununla bağlı əlavə məlumat dərc olunmayıb.