İraqda iranlı zəvvarlar qəzaya düşüb, ölən və yaralananlar var

İraqın Bağdad-Kut magistral yolunda iranlı zəvvarları daşıyan avtobus aşıb.
APA-nın Tehran bürosunun məlumatına görə, qəza nəticəsində 1 nəfər ölüb 25 nəfər yaralanıb.
Qəzada ölən və yaralananlar iranlı zəvvarlardır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Apa.az