İraqda İŞİD-ə daha bir zərbə vuruldu
Eastnews.org-un verdiyi xəbərə görə, İraq təhlükəsizlik qüvvələri və “Həşd Şabi” hərəkatı İŞİD terrorçu qruplaşmasına qarşı növbəti əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanır ki, Əmirli qəsəbəsində keçirilən antiterror əməliyyatı zamanı İŞİD mövqeləri ələ keçirilib.
Bundan əlavə Mosul şəhərinin Kanoss adasına daxil olmaq istəyən İŞİD terrorçularının da qarşısı alınıb.