İraqda kütləvi məzarlıqda 143 nəfərin meyitinin qalıqları aşkarlanıb

İraqda kütləvi məzarlıqda 143 nəfərin meyitinin qalıqları aşkarlanıb

İraqın Mosul şəhərinin Ər-Rifai rayonunda kütləvi məzarlıq aşkarlanıb.

Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.

Neynəva Mülki Müdafiə İdarəsindən verilən məlumata görə, mülki müdafiə qrupları kütləvi məzarlıqdan 143 meyitin qalıqlarını çıxarıb. Meyitlərin qalıqları Məhkəmə Tibb İnstitutuna təhvil verilib.

Kütləvi məzarlıqlarda ümumilikdə 6-12 min nəfərin meyitinin olduğu təxmin edilir.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ilin iyun ayında İraqın Mosul, Selahəddin və Ənbar, həmçinin Diyala və Kərkük vilayətlərinin bir qismini ələ keçirib. Ərazilər bir neçə il sonra terrorçulardan təmizlənib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 10 =