İraqda qum fırtınası səbəbindən 4 000 nəfər xəstəxanalara yerləşdirilib

İraqda qum fırtınası səbəbindən 4 000 nəfər xəstəxanalara yerləşdirilib

İraqda qum fırtınası səbəbindən minlərlə insan tənəffüs şikayətləri ilə xəstəxanalara müraciət edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb.

Qeyd edilir ki, bütün ölkəni əhatə edən qum fırtınası səbəbindən boğulma riski ilə üzləşdikləri üçün xəstəxanalara müraciət edənlərin sayı 4 000 nəfərə çatıb.

Səhər saatlarında güclü qum fırtınası yenidən başlayıb. Güclü qum fırtınaları səbəbindən Bağdadın, Nəcəf və Süleymaniyyə hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 19 =