İraqda sabiq baş nazir haqqında araşdırma tələb olunur
Eastnews.org-un verdiyi xəbərə görə, İraq parlamentindəki “Əl-Fəth” koalisiyasının liderlərindən olan Moin əl-Kazımi Qasim Süleymani Əbu Mehdi əl-Mühəndisin öldürülməsi ilə bağlı sabiq baş nazir Heydər Abadinin son açıqlamalarıyla əlaqədar haqqında araşdırılma aparılmasını istəyib.
O vurğulayıb ki, Heydər Abadinin son açıqlamaları mütləq şəkildə araşdırılmalı və istintaq orqanları lazım olan addımı atmalıdır.
Xatırladaq ki, Heydər Abadi Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin öldürülməsində iştirak edən təyyarənin havaya qalxmasına İraq hökumətinin icazə verdiyini iddia etmişdi.
Bu iddiadan sonra dövrün baş naziri olan Adil Əbdülmehdinin ofisi belə bir icazənin verilmədiyini bildirən bəyanat yaymışdı.