İraqda təhlükəsizlik qüvvələri parlamentə nəzarəti ələ keçirib
İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələr parlamentə nəzarəti bərpa edib.
“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
İraqın bir çox rəsmiləri təhlükəsizlik səbəbindən xalq iğtişaşlarının episentrində olan Bağdadın “yaşıl zonasını” tələsik tərk ediblər.
Bu saatlarda etiraz hərəkatı ölkənin digər şəhərlərini – Ən-Nəcəf, Bəsrə, Kərbəlanı da əhatə edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Məhəmməd əl-Sudaninin namizədliyinin irəli sürülməsinə etiraz edən izdiham parlament binasına soxulub.
21:50
İraqda baş nazir postuna Məhəmməd əl-Sudaninin namizədliyinin irəli sürülməsindən narazı qalan nümayişçilər parlament binasına daxil olublar.
“Report” xəbər verir ki, bu barədə “Shafaq” agentliyi məlumat yayıb.
İraqın baş naziri Mustafa Əl-Kazemi nümayişçiləri dərhal parlament binasını tərk etməyə çağırıb.
Etirazçılar Bağdadın mərkəzində dövlət idarələri və səfirliklərin yerləşdiyi xüsusi mühafizə olunan “Yaşıl zona”ya, eləcə də hərbi aerodromla bitişik olan beynəlxalq hava limanına daxil ola biliblər.
Report.az