İraqdakı müqavimət hərəkatları ABŞ-ı təhdid etdi

İraqdakı müqavimət hərəkatları ABŞ-ı təhdid etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq Müqavimətinin Koordinasiya Mərkəzi bu qüvvələrin güc dilindən başqa bir şey anlamadıqlarını söyləyərək İraqda yerləşən ABŞ qüvvələrinə qarşı əməliyyatların intensivləşdirildiyini elan edib.

Müqavimət qüvvələri bir bəyanatda bildirib: “Bir sıra İraq siyasətçilərinin vasitəçiliyindən sonra müqavimət qüvvələri dəfələrlə İraq hökumətinə xarici qüvvələrin taleyi ilə bağlı Amerika tərəfi ilə danışıqlar aparmaq şansı verdi, lakin danışıqların nəticəsi gülünc və təəssüf vericidir.”

Bəyanatın davamında bildirilir: “Daha pisi budur ki, ABŞ hərbi rəsmiləri yaxın gələcəkdə qüvvələrinin geri çəkilməsi üçün bir zaman təyin olunmadığını və İraq hökumətinin onlardan qalmalarını istədiyini bildirmişlər. Hökumət isə bu iddianı rədd etməmişdir.”

İraq müqavimət qüvvələrinin koordinasiya mərkəzi qeyd edib ki, hökumət, İraq xalqının işğalçı qüvvələri torpaqlarından qovmaq, suverenliyini qorumaq və konstitusiyanı müdafiə etmək istəyini yerinə yetirmək üçün sədaqət və səlahiyyətə malik deyildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =