İraqdakı silahlı qruplar ABŞ qüvvələri ilə atəşkəsi dayandırıb

İraqdakı silahlı qruplar ABŞ qüvvələri ilə atəşkəsi dayandırıb

“İraq İslam Müqaviməti”nə aid silahlı şiə birləşmələri Yaxın Şərq regionunda yerləşən Amerika qüvvələri ilə atəşkəsi dayandırmaq qərarına gəlib.

Bu barədə silahlı birləşmənin üzvü Heydər əl-Lami məlumat verib.

Onun sözlərinə görə, atəşkəs mövcud olmadığı üçün silahlı qruplaşmalar İraqdakı ABŞ hərbi bazalarına hücum etmək üçün hər fürsətdən istifadə edəcək.

Qeyd olunub ki, atəşkəsi dayandırmaq qərarı iyulun 30-dan sonra ABŞ-ın İraqın Babil əyalətində “Əl-Həşd əş-Şaabi” qruplaşmasının hədəflərinə hücumundan sonra verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − three =