İraqın ən böyük siyasi fraksiyasına rəhbərlik edən Müqtəda Sədr seçkiləri boykot edib

İraqın ən böyük siyasi fraksiyasına rəhbərlik edən Müqtəda Sədr seçkiləri boykot edib

İraqın tanınmış siyasi xadimi və nüfuzlu din alimi Müqtəda Sədr oktyabrda keçiriləcək parlament seçkilərini boykot edib.

Bu barədə Müqtəda Sədr az öncə çıxış edib.

İraq Parlamentinin ən böyük siyasi fraksiyası olan “Sairun” cinahının lideri Müqtəda Sədr hazırki və gələcək hökumətdə olmayacağını və qarşıda gələn seçkiləri indidən boykot etdiyini bildirib.

“İraqda hazırda baş verənlər beynəlxalq şeytani bir plandır ki, məqsədi İraq xalqını alçaltmaq, dizə çökdürmək və onu yandırmaqdır”, deyə o xəbərdarlıq edib.

Qeyd edək ki, İraqda son aylarda iqtisadi göstəricilər ciddi şəkildə geriləyib. Yerli valyuta dollar qarşısında dəyərin kəskin itirib. Bundan savayı ölkədə elektrik enerjisinin və qazın təminatında yaranan ciddi problemlər etirazlara səbəb olub.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =