İraqın baş naziri Həşdi Şabi haqqında qanununu müdafiə edib

İraqın baş naziri Həşdi Şabi haqqında qanununu müdafiə edib

ABŞ və müttəfiqlərinin Həşdi-Şabi (Könüllü Xalq Qüvvələri) haqqında qanununun qəbulunu əngəlləmək üçün təzyiqlərinə cavab olaraq, İraqın baş naziri vurğulayıb ki, Həşdi-Şaabi qanunu təhlükəsizlik strukturu islahatları çərçivəsindədir və təhlükəsizlik qurumlarının maraqlarına uyğundur.

İraqın baş naziri Məhəmməd Şia Sudani Associated Press agentliyinə müsahibəsində deyib: “Biz Qəzza zolağında aclıq və qırğın kölgəsi altında soyqırımın şahidi oluruq. Bu vəziyyət təəssüf doğurur və sadəcə olaraq bu məsələ ilə bağlı bəyanatlar vermək, qınamaq və narahatlıq ifadə etmək artıq qəbuledilməzdir.

Biz ilk növbədə İraq prinsipinə sadiqik və regionda sülh üçün hərəkətə keçdik, çünki region dünyanın enerji təchizatının əsas arteriyasıdır”.

ABŞ və İsrail rejimin İran İslam Respublikasına qarşı hücumları zamanı biz iki istiqamətdə hərəkət etdik: birincisi, daxili təhlükəsizliyin təmin edilməsi, ikincisi, diplomatik fəaliyyətlə.

Bütün tərəflər Qəzzada müharibəni dayandırmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməli və bölgəyə humanitar yardımın çatdırılması təşəbbüsü ilə çıxış etməlidir.

Suriya İraqın milli təhlükəsizliyi hesab olunur və onun sabitliyi bizim üçün vacibdir. Suriya xalqının təhlükəsizlik, sabitlik və cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə siyasi prosesdən faydalanmasını istəyirik.

Biz Suriyanın bölünməsinə qarşıyıq və bu yaxınlarda Bağdadda keçirilən Ərəb Sammitində Suriya xalqının müxtəlif təbəqələri arasında milli dialoqa başlamaq təşəbbüsü ilə çıxış etdik.

Biz ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya daxil olan ölkələrlə təhlükəsizlik əlaqələrinin qurulması üçün ikitərəfli danışıqlar aparmışıq. İndiyədək ABŞ ilə iki görüş keçirmişik və bu il danışıqların üçüncü raundunu planlaşdırırıq.

ABŞ ilə münasibətlər Hərtərəfli Strateji Saziş çərçivəsində qurulub və biz bu sazişi inkişaf etdirməyə çalışırıq.

Həşduş-Şabi Qanunu hökumət tərəfindən həyata keçirilən struktur təhlükəsizlik islahatının bir hissəsidir və bu qanun təhlükəsizlik qurumlarının maraqlarına uyğundur.

İran İslam Respublikasına qarşı hücumların əleyhinə olduğumuzu və İraqın bu müharibəyə cəlb edilməməsi və ya ərazisinin qonşu ölkəmizə qarşı hücumlar üçün keçidə çevrilməməsi lazım olduğunu vurğuladıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − nine =