İraqın cənubunda Ərbildə yerləşən terrorçuların bazası raketlərdən atəşə tutulub

İraqın cənubunda Ərbildə yerləşən terrorçuların bazası raketlərdən atəşə tutulub

İraqın cənubunda, Ərbildəki terrorçu bazalarının raketlərlə hədəfə alındığı bildirilir.

Hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib, lakin bəzi KİV-lər bazaya ən azı 7 raket atıldığını bildirib.

İraq Kürdüstanı Terrorla Mübarizə Təşkilatına istinadən xəbər verilir ki, İraqın Kərkük şəhərində yerləşən Alton Kobra bazasına 8 “Katyuşa” raketi düşüb.

Xəbər saytı həmçinin təhlükəsizlik maşınlarının hərbi bazaya doğru getdiyini əks etdirən video yayımlayıb.

Atılan raketlərin bir hissəsi Kərkük-Ərbil marşrutu üzrə Çavişeh Şirava bölgəsində də partlayıb.

Əl-Məyadin xəbər şəbəkəsi həmçinin bildirib ki, Kərkükün qərbindəki beşinci bölgə komandiri bir neçə terrorçu bazasının hədəf alındığını bildirib. Hələlik itkilər barədə məlumat verilmir.

Bir neçə gün əvvəl İraqın Ərbil şəhərində partlayış baş verib və məlumatlara görə, partlayış “səhra” bölgəsinə gedən yolda baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × two =