İraqın cənubunda Amerika karvanına hücum edilib

İraqın cənubunda Amerika karvanına hücum edilib

“Əl-Muqavimətut-duvəliyyə” kimi tanınan qrup İraqın cənubunda Amerika hərbçilərinə məxsus logistika avadanlıqlarını daşıyan karvanı hədəf aldığını açıqlayıb.

Xəbər mənbələri İraqın cənubunda Amerika hərbçilərinə məxsus logistika avadanlıqlarını daşıyan konvoyun hədəf alındığını bildirib.

Sabrin News Telegram kanalı bu konvoyun İraqın cənubunda yerləşən Əl-Musənna əyalətindəki “Əs-Səmavə-Əl-Vərka” bölgəsində hədəf alındığını və nəticədə bu konvoyun avadanlıqlarının məhv edildiyini bildirib.

İraqdakı “Əl-Muqavimətut-duvəliyyə” qruplaşması bu əməliyyatın məsuliyyətini öz üzərinə götürərək deyib: Saat 21:30-da “Əl-Muqavimətut-duvəliyyə”  qrupunun üzvləri Əl-Musənna əyalətində işğalçı Amerika karvanını hədəfə almağa müvəffəq olub.

İraq media mənbələri bu ayın 6-da Amerika anti-İŞİD koalisiyasının logistika karvanının Bağdadda hədəfə alındığını bildirib. Bu konvoy yol kənarına yerləşdirilən bombanın hədəfi olub.

Bundan əvvəl Bağdad əyalətində Amerika ordusuna məxsus logistika karvanı Əl-Yusufiyyə şossesi ilə hərəkət edərkən partlayış baş verib.

İki həftə əvvəl Amerika koalisiyasına məxsus logistika və hərbi texnika daşıyan bir neçə yük maşını Ət-Taci bölgəsindən Bağdada gedən yolda yol kənarına yerləşdirilən bombanın hədəfi olub.

İraq parlamentinin xarici əsgərlərin ölkədən çıxarılması ilə bağlı təsdiqindən və Bağdadın bu məsələdə ləngiməsindən sonra Amerika koalisiyasının logistik konvoyları həftəlik, bəzən isə gün ərzində bir neçə dəfə yol kənarındakı bombalarla hədəfə alınır.

Amerika karvanları ya cənubdan Küveyt sərhədini, ya da şimal-qərbdən Neynəva əyalətindəki qeyri-qanuni “Əl-Vəlid” keçidindən keçərək İraqa daxil olur və İraqda yerləşən Amerika əsgərlərinin ehtiyac duyduğu ləvazimatları daşıyır.

Bu hücumların və yol kənarındakı partlayışların qarşısını almaq məqsədilə Amerika koalisiyası öz avadanlıqlarını daşımaq üçün yerli İraq şirkətlərindən yardım alır.

İraqlı qruplar vurğulayırlar ki, İraq hökuməti bu ölkə parlamentinin təsdiqinin ardınca xarici qüvvələri İraqdan çıxarmalıdır.

2020-ci ilin yanvarında İraq parlamenti ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Hacı Qasim Süleimani və İraq Xalq Səfərbərlik Təşkilatının sədr müavini Əbu Mehdi Əl-Mühəndisə qarşı törətdiyi terror aktından sonra ölkədən xarici qüvvələrin çıxarılması planını təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =