İraqın Daxili İşlər Nazirliyi bu ölkədə baş verən partlayışı təkzib edib

İraqın Daxili İşlər Nazirliyi bu ölkədə baş verən partlayışı təkzib edib

İraqın Daxili İşlər Nazirliyindəki mənbə bu gün səhər  (19 aprel) səhər saatlarında ölkənin heç bir bölgəsində partlayışın qeydə alınmadığını elan edib.

Əl Aləm telekanalının məlumatına görə, bu bəyanat İraq hərbi radarları ölkə səmasından naməlum mərmilərin keçdiyini müşahidə etdikdən sonra yayımlanıb.

Bəzi xəbərlərə görə ölkənin cənubundakı Babil əyalətinin Əl-İmam bölgəsində partlayış səsləri eşidilib və baş verən partlayışın mahiyyəti məlum olmasa da, bəzi qeyri-rəsmi mənbələr İsrail hərbi qüvvələri tərəfindən hücumların olduğu deyilir.

Bəzi informasiya qaynaqları bu partlayış səsinin Suriyanın cənubundakı Süveyda əyalətində baş verən partlayışla  ilə eyni vaxtda olduğunu deyirlər. Amma İraq daxili işlər nazirliyi ölkədə baş verən partlayışı təkzib edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 12 =