İraqın Diyala əyalətində aparılan əməliyyatda İŞİD-in istifadə etdiyi 20 mağara dağıdılıb
İraqın İranla sərhədində yerləşən Diyala əyalətinin Haudul-Əzim ucqar bölgəsində İŞİD-ə qarşı təmizləmə əməliyyatı davam edir.
SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Rəsul açıqlama verib.
Bildirilib ki, Diyala əyalətinin Haudul-Əzim adlı ucqar bölgəsində İŞİD-ə qarşı təmizləmə əməliyyatı zamanı iki İŞİD üzvü məhv edilib və onlara məxsus 20 mağara və yeraltı sığınacaq aşkarlanaraq partladılıb.