İraqın Diyala şəhərində Ərbəinlə bağlı xüsusi təhlükəsizlik planı: 3000 Həşdi Şəbi qüvvəsinin iştirakı

İraqın Diyala şəhərində Ərbəinlə bağlı xüsusi təhlükəsizlik planı: 3000 Həşdi Şəbi qüvvəsinin iştirakı

Sizinyol xarici mediaya istinadən xəbər veirr:

İraqın Diyala vilayətində imam Hüseynin (ə) Ərbəini ilə bağlı xüsusi təhlükəsizlik planı yekunlaşdı və Həşdi Şəbinin 3000 döyüşçüsü bu planda iştirak edəcək.

Həşdi təşkilatının liderlərindən biri olan Əhməd Ət-Təmimi Diyala vilayətində imam Hüseynin (ə) Ərbəini haqda xüsusi təhlükəsizlik planı ilə bağlı yeni açıqlamalar verdi.

Əl-Təmimi dedi: “Həşdi Şəbi 3000 əsgəri ilə bu planda fəal iştirak edəcək və fərqli bölgələri qorumaqla yanaşı, müxtəlif quru yollarının təhlükəsizliyini təmin edəcək. İmam Hüseynin Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya gedən zəvvarlara qarşı hücumların qarşısını almağı öz üzərinə götürəcək.”

Həmçinin, bu il Həşdi Şəbinin Ərbəinin xüsusi təhlükəsizlik planında iştirak etdiyi altıncı il və əvvəlki illərə nisbətən bu təşkilata həvalə edilmiş qüvvə sayının da çox olduğunu izah etdi.

Hər il milyonlarla yerli və xarici zəvvar Ərbəin mərasimini keçirmək üçün İraqa gəlir.

Ancaq bu il koronaya pandemiyası Ərbəin ziyarəti də daxil olmaqla bir çox mədəni və dini proqrama təsir etdi və Bağdad bu il yalnız İraqda yaşayan zəvvarları qəbul edəcəyini bildirdi.

Diyala vilayəti son iki həftədir Kərbəlaya piyada getməyi planlaşdıran minlərlə zəvvarın təhlükəsizliyini təmin etmək üçün gözləmə rejimindədir.

Şəhid Hacı Qasim Süleymanini də xatırlamaq yerinə düşərdi. O, hərəmlərin müdafiəsini həyata keçirir və hər il Kərbəla ziyarəti zamanı Ərəbistana mesajlar göndərməklə onlara xəbərdarlıq edir və zəvvarlara qarşı terror edilməsinin qarşısını alırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 6 =