İraqın Eynəl Əsəd şəhərində çoxlu sayda amerikalı hərbçi yaralanıb

ABŞ hərbi rəsmisi İraqın qərbində yerləşən Ayn əl-Əsəd bazasına raket hücumu nəticəsində bir neçə hərbçisinin yaralandığını bildirib.
Amerikanın CNN xəbər kanalı amerikalı müdafiə rəsmisinə istinadən bildirib ki, İraqdakı Ayn Əl-Əsəd hava bazasında Amerika və koalisiya qüvvələrinə qarşı raket hücumu nəticəsində bir neçə Amerika hərbçi yaralanıb.
Amerika rəsmisi deyib: Biz təsdiq edə bilərik ki, bu gün İraqdakı Ayn Əl-Əsəd hava bazasında Amerika və koalisiya qüvvələrinə qarşı raket hücumu həyata keçirilib. İlkin sübutlar bir neçə Amerika hərbçinin yaralandığını göstərir.