İraqın Eynül-Əsəd bazasına pilotsuz təyyarə zərbəsi endirilib
İraq mənbələri ABŞ koalisiyasının İraqın qərbindəki bazasına hücum edildiyini bildirib.
AFP-nin məlumatına görə, İraq mənbələri ABŞ hərbçilərinin İraqın qərbindəki bazası olan Eynül-Əsəd bazasının çərşənbə axşamı pilotsuz təyyarə ilə hədəf alındığını bildirib.
Əl-Cəzirə həmçinin İraqdakı ABŞ koalisiyasının rəsmisinə istinadən hücumun iki pilotsuz təyyarə tərəfindən həyata keçirildiyini, lakin hər iki pilotsuz təyyarənin vurulduğunu və hücumun uğursuzluqla nəticələndiyini bildirib.
Həmin rəsminin sözlərini əsasən cəhd uğurlu olmayıb və itki yoxdur.
Eynül-Əsəd bazası İraqda qeyri-hərbi rola malik Amerika qüvvələrinin Əl-Ənbar vilayətindəki bazasıdır.
Bazar ertəsi İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı General Qasım Süleymaninin və Həşdi Şəbinin İraq bölməsinin rəis müavini Əbu Mehdi əl-Mühəndisin şəhadətinin ikinci ildönümü idi və onlar ABŞ tərəfindən Bağdad Beynəlxalq Hava Limanında hədəfə alınmışdılar.