İraqın iki şəhərində ABŞ hərbi karvanına hücum oldu

İraqın iki şəhərində ABŞ hərbi karvanına hücum oldu

İraqın Təhlükəsiz İnformasiya Qurumu dünən (27 sentyabr) İraqın Zi Qar əyalətində ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının hərbi texnikasını daşıyan karvanının yolunda bomba partladığını bildirib.

Deyerler.org xəbər verir ki, Shafaq News saytının məlumata görə, açıqlamada İraqın nəqliyyat şirkətləri tərəfindən daşınan və sürücüləri də iraqlı olan beynəlxalq koalisiyaya məxsus hərbi texnikaları daşıyan karvanın Zi Qarın Əl-Bəthə bölgəsində yol kənarında yerləşdirilən bomba ilə hücuma məruz qaldığı qeyd olunub.

Məlumata görə, partlayış yalnız nəqliyyat vasitələrindən birinə ziyan vurub və karvan təyinat yerinə doğru irəliləməyə davam edib.

İraqın Hillah bölgəsində də ABŞ-ın İŞİD-ə qarşı beynəlxalq koalisiyanın texnika və avtomobillərini daşıyan karvana hücum təşkil edilib.

İraqın təhlükəsizlik mənbələri ABŞ koalisiyasının texnikaları və maşınlarından ibarət bir karvanın İraqın Babil vilayətindəki Hillə şəhərinə gedərkən hədəfə alındığını söyləyib.

Partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Qeyd edək ki, ABŞ hərbi karvanları artıq neçə müddətdir ki, İraqda hədəfə alınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =