İraqın qərbində İŞİD-in tanınmış lideri həbs edilib
İraqın təhlükəsizlik mənbəsi cümə günü ölkənin qərbində İŞİD hərəkatlarının qarşısının alındığını və İŞİD liderinin həbs edildiyini açıqlayıb.
Əl-Məlumə xəbər verir ki, İraq təhlükəsizlik mənbəsi cümə günü ölkənin qərbində İŞİD-in hərəkatının qarşısının alındığını bildirib.
Mənbə deyib: “İraq təhlükəsizlik qüvvələri İŞİD liderinin İraqa sızmasının qarşısını alıb.”
İraqlı mənbə əlavə edib: “İŞİD-in bu lideri Əl-Ənbarın qərbindəki Hədisə bölgəsinə daxil olmaq istəyirdi”. Təhlükəsizlik qüvvələri İŞİD liderinin fəaliyyətlərini izlədikdən sonra onu həbs edib.
İraqlı mənbə vurğulayıb: “Həbs edilən İŞİD lideri İraqın bəzi bölgələrində İŞİD-in hökmranlığı zamanı terror aktları və təhlükəsizlik qüvvələrinə hücumlarda iştirak edib.”