İraqın şərqində İŞİD terrorçularının mövqeləri bombardman edilib

İraqın şərqində İŞİD terrorçularının mövqeləri bombardman edilib

İraq ordusunun qırıcıları şənbə günü axşam saatlarında İŞİD terrorçularının qərargahını bombalayıb.

Ən-Nəşrəyə istinadən verilən məlumata görə, İraq ordusunun qırıcıları şənbə günü axşam saatlarında İŞİD terrorçularının qərargahını bombalayıb.

Şənbə gecəsi İŞİD terrorçularına qarşı törədilən hücumların əksəriyyətinin İraqın şərqində baş vrdiyi və bu terrorçuların Diyala vilayətinin Qaratəpə məntəqəsinin Narin bölgəsində hədəf alındığı bildirilib.

Bu hava hücumu zamanı İŞİD-in itkiləri ilə bağlı dəqiq statistika hələ açıqlanmayıb.

Bundan iki gün əvvəl İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözçüsü Yəhya Rəsul İŞİD-in Humrəyn dağlarındakı mövqelərinin hədəfə alındığını açıqlamışdı. Bununla əlaqədar olaraq o, əlavə edib: İraq qırıcıları Humrəyn dağlarında İŞİD-in sığınacaqlarından birinə uğurlu hücum edib.

Rəsul vurğulayıb: Bu hücum terrorla mübarizə qüvvələrinin təhlükəsizlik dəstəyinə uyğun olaraq həyata keçirilib.

Qeyd edək ki, İŞİD-in İraqda məğlub olmasına baxmayaraq, bu terror qruplaşmasının qalıqları paytaxt Bağdadın bəzi yerlərində və Diyala, Neynəva, Səlahəddin, Kərkük və Əl-Ənbar əyalətlərində zaman-zaman iğtişaşlar törədərək terror əməliyyatları həyata keçirməyə çalışır və İraq vətəndaşlarına və əsgərlərinə hücum edirlər.

Digər tərəfdən, İraq ordusu və təhlükəsizlik qüvvələri hələ də bu əraziləri terrorçu ünsürlərdən tamamilə təmizləməyə çalışır.

Həmçinin, bu yaxınlarda Həşdi Şəbi qüvvələrinin komandirlərindən biri olan “Əhməd Musa” Diyala vilayətinin şərqindəki Şervin bölgəsində yeni təhlükəsizlik əməliyyatının başladığını elan etdi və bununla bağlı dedi: “Həşdi Şəbi qüvvələri İŞİD terror ünsürlərinin qalıqlarını təqib etmək üçün təhlükəsizlik əməliyyatları keçirib. Diyalanın şərqindəki Hovz Şərvin bölgəsinin kəndlərində əməliyyatlar başlayıb.

Musa əlavə edib: Bu əməliyyat Hovz Şərvin bölgəsinin ətraf kəndlərinin təhlükəsizliyini təmin etmək, terrorçuların sığınacaqlarını axtarmaq, onları ciddi mühasirəyə almaq və yerləşdirilmə məntəqələrini təftiş etmək məqsədilə həyata keçirilir.

O, işarə edib: İŞİD-in Diyala vilayətində dünənki cinayəti cəzasız qalmayacaq və Həşdi Şəbi İŞİD terrorçularının qalan nüvələrinin məhv edilməsində mühüm rol oynayacaq.

Ötən çərşənbə axşamı axşam saatlarında İŞİD təkfirçi terrorçuları Diyala vilayətinin Hovz Şərvin bölgəsində bir futbol stadionuna hücum edərək bir nəfəri öldürüb, dörd nəfəri yaralayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =