İraqın Seyidüş Şühəda Briqadaları: Yaxın Şərq cəhənnəm alovu Amerika və İsraili udacaq
İraqın Seyidüş Şühəda Briqadalarının baş katibi sionistlərin Ayətullah Sistaniyə qarşı təhdidini pisləməklə yanaşı, bu təhqirdən sonra Yaxın Şərqdəki cəhənnəm alovlarının amerikalı və sionist işğalçılarını udacağı barədə xəbərdarlıq edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Əbu Əla Vilai dünən (11 oktyabr) sionist rejimə xəbərdarlıq: Şiələrin təqlid mərcəyi Ayətullah Seyid Əli Sistaninin təhqir və təhdidindən sonra regionda artıq heç bir şey əvvəlki kimi olmayacaq. Bu təhqirdən sonra heç bir siyasi xəbərdarlıq müqavimət qruplarına cavab verməyəcək. Nəticə etibarı ilə Yaxın Şərqdə yaranmış alivun dilləri Amerika və sionist işğalçılarını udacaq.
Əl-Əqsa fırtına əməliyyatından bir il sonra müqavimət qüvvələrinin ən qəddar rejim qarşısında dayana bildiyinə işarə edən Əl-Vəlai əlavə edib: Ənsarullahın Yəməndəki bütün mühüm əməliyyatları Livan və Qəzza xalqına real dəstəkdir. Çünki bu onlarla bərabər bütün müqavimət üçün bir şərəf məsələsidir.