İraqın Seyyidiş-Şuhəda Briqadaları: Müqavimət Amerika əsgərlərini ölkədən qovmaq üçün ən yüksək səviyyədə hazırdır

İraqın Seyyidiş-Şuhəda Briqadaları: Müqavimət Amerika əsgərlərini ölkədən qovmaq üçün ən yüksək səviyyədə hazırdır

İraqın Seyyidiş-Şuhəda Briqadalarının sözçüsü vurğulayıb ki, bu ölkənin müqavimət qrupları Vaşinqtonun qoşunları İraqdan geri çəkməməkdə israrlı olacağı təqdirdə, Amerika qüvvələrini İraq ərazisindən çıxarmağa ən yüksək səviyyədə hazırdırlar.

İraq Seyyidiş-Şuhəda Briqadalarının sözçüsü Kazim Əl-Fərtusi Əl-Ərəbiyyəl-Cədid internet saytına verdiyi müsahibədə deyib: Əgər Vaşinqton öz hərbi qüvvələrini İraqdan çıxarmamaqda israr edərsə, müqavimət qrupları onları bu ölkədən qovmaq üçün ən yüksək hazırlıq vəziyyətindədirlər. Lakin biz İraq hökumətinin diplomatik yollarla bu məsələni bağlaması üçün hansı addım atacağını gözləyirik.

O, əlavə edib ki, müqavimət qrupları baş nazirə hökumətin vəziyyətini düzəltməsi, xüsusən də iqtisadi və xidmət sahələrinin təşkili üçün vaxt verib və parlamentin qərarını aktivləşdirmək üçün “Məhəmməd Əs-Sovdani”nin addımını gözləyirlər.

Çünki bu qətnamə hökuməti xarici qüvvələri, xüsusən də Amerika qüvvələrini İraqdan tamamilə çıxarmağa məcbur edir.

Əl-Fərtusi davam edib: Biz ABŞ-ın İraqdan çıxmasının vacibliyini vurğulamaqda davam edirik və bu məsələ ilə bağlı Əs-Sovdani ilə müzakirələr davam edir. Əks halda, indiki sakitlik davam etməyəcək və ABŞ qüvvələri geri çəkilməsə, onları hədəfə almaq qaçılmaz olacaq.

O, əlavə edib: Sovdani və İraqın bütün siyasi partiyaları bu məsələni yaxşı başa düşürlər.

2020-ci ilin yanvarında İraq parlamenti Amerika işğalçı qüvvələrinin ölkədən çıxarılmasına dair qanunu təsdiqləsə də, amerikalılar hələ də, məsələn, terror fəaliyyətlərinin artması kimi müxtəlif bəhanələrlə İraqda mövcudluqlarını davam etdirməyə çalışırlar.

Ekspertlər hesab edirlər ki, Amerika İraqdakı terror qruplaşmalarına dəstək verərək və onların əməllərini bəhanə edərək bu ölkədə hərbi mövcudluğunu davam etdirməyə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + two =