İraqın şimalında İŞİD terrorçularının sığınacaqları məhv edildi
Eastnews.org-un verdyi xəbərə görə, İraqın şimalında Kərkük şəhəri ərazisində İŞİD terrorçularına məxsus 5 sığınacaq məhv edilib.
Bu barədə Kərkük əməliyyatları komandanı general Səad Hərbiyə məlumat verib.
Generalın məlumatına əsasən, antiterror əməliyyatı federal polis qüvvələri yardımı ilə Kərkük vilayətinin inzibati paytaxtı ərazisində keçirilib.
Əməliyyat nəticəsində sığınacaqların məhv edilməsi ilə yanaşı, terrorçulara məxsus külli miqdarda silah-sursat müsadirə edilib.