İraqın şimalında neft yatağında iki bomba partladı
Xəbər mənbələri bu gün (9 dekabr) Kərkük vilayətindəki (İraqın şimalında) Xabaz neft yatağına hücum edildiyini bildiriblər.
Deyerler.org Sky News-a istinadən xəbər verir ki, Kərkükün qərbindəki Xabaz neft yatağında iki bomba partlayıb.
Bir təhlükəsizlik mənbəyi də Shafaq News-a bildirib ki, əməliyyatı İŞİD terror təşkilatının yaraqlıları həyata keçirib.
Mənbə daha sonra adı çəkilən neft sahəsindəki partlayışdan sonra yanğının başladığını və xilasetmə qüvvələrinin yanğını söndürdüyünü bildirib.
2014-cü ildə İŞİD terror təşkilatı Xabaz neft yatağına nəzarəti ələ keçirə bilmişdi, ancaq bir il sonra Peşmərgə qüvvələri neft sahəsini İŞİD-dən azad etdi.