İraqla İran arasındakı Şələmçə sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb

İraqla İran arasındakı Şələmçə sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb

Əcnəbi vətəndaşların gediş-gəiş etidyi yeganə keçid məntəqəsi olan Şələmçə sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.
Bunu İranın Ərbəin qərargahının Ərvənd Azad zonası üzrə rəhbəri Qulamrza Şəriəti deyib.

Q.Şəriəti deyib ki, Şələmçə sərhəd-keçid məntəqəsi az öncə bağlandı və yaxın zamanlarda sərhədin nə qədər bağlı qalacağı ilə bağlı açıqlama veriləcək: “Sərhədin bağlanmasına səbəb İraq tərəfdə nəqliyyat vasitələri, yanacaq çatışmazlığı və zəvvarların izdihamıdır”.
O qeyd edib ki, hazırda problemlərin aradan qaldırılması istiqamətində İraq tərəfi ilə danışıqlar aparılır.

Qeyd edək ki, İraq və İran arasında 4 sərhəd-keçid məntəqəsi mövcudur – İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə, Çəzabə və Kirmanşah əyalətində Xosrəvi.

İran Daxili İşlər Nazirliyi elan edib ki, Ərbəin yürüşündə iştirak etmək üçün İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilərlər.

Hər il İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi – Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.

Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =