İraqlı deputat: Mossadın Kürdüstan bölgəsində olması təhlükəsizlik fəlakətidir
İraqlı deputat Mossad qərargahının İraq Kürdüstanı bölgəsində olmasının təhlükəsizlik fəlakəti olduğunu bəyan edib.
İraq parlamentinin üzvü Suheylə Əs-Sultani xəbərdarlıq edib: Sionist rejimin (Mossad) İraq Kürdüstanı bölgəsində baza və qərargahlarının olması ölkəni hər tərəfdən təhdid edən bir təhlükəsizlik fəlakətidir.
Əl-Malumə Xəbər Agentliyinə açıqlamasında Əl-Sultani deyib: “Amerika bazalarının, xarici qüvvələrin və İsrailin casus agentliyinin İraqda olması qəbuledilməzdir, çünki bu, BMT və beynəlxalq qanunlar çərçivəsində ölkənin suverenliyinin pozulmasıdır.”
O, İraq Xarici İşlər Nazirliyini xarici qüvvələrin ölkədən tamamilə çıxarılmasındakı rolunu ifadə etməyə çağırıb və bildirib ki, XİN Türkiyə, Fars körfəzi, ABŞ və sionist rejimin bütün hərbi və mülki qüvvələrini çıxarması üçün Birləşmiş Millətlər Təşkilatına şikayət etməlidir.
Bundan əvvəl İraq Bədr Təşkilatının komandirlərindən olan Məhəmməd Əl-Bayati Mossad kəşfiyyat mərkəzlərinin İraqdakı əksər ABŞ hərbi bazalarının yaxınlığında yerləşdiyini və İraq hökumətinin ABŞ bazaları yaxınlığında sionist casus mərkəzlərinin yaradılmasına etinasızlıq göstərməsinə görə məsuliyyət daşıdığını bildirmişdi.
İraq Kürdüstan bölgəsi Sionist rejimin ünsürlərinə sığınacaq verdiyi üçün qonşu ölkələrin düşmən hesab etdiyi bir ərazisiyə çevrilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu sionist rejimin hücumundan sonra Suriyada iki iranlı hərbi məsləhətçinin şəhadətinin qisasını almaq üçün ötən bazar günü sionist rejimin Ərbildəki strateji mövqelərini ballistik raketlərlə hədəfə alııb.
Ərbil rəsmiləri mərkəzlərin mövcudluğunu inkar edib, lakin Əl-Məyadin-in Bağdaddakı müxbiri mənbələrin İraq Kürdüstanı bölgəsində Mossad fəaliyyətinin olduğunu təsdiqlədiyini vurğulayıb.