İraqlı qız uşağı Amerika əsgərləri tərəfindən öldürülüb

İraqlı qız uşağı Amerika əsgərləri tərəfindən öldürülüb

İraqlı bir qız Bağdad vilayətinin Əbu Qərib bölgəsində Amerika əsgərləri tərəfindən vurularaq öldürülüb.

“Zeynəb Essam Məcid Əl-Xəzəli” adlı iraqlı qız uşağı Amerika hərbçilərinin Əbu Qərib bölgəsində atış  təlimi zamanı güllə ilə vurularaq öldürülüb.

“Sabirin” News kanalının məlumatına görə, Bağdadın qərbində yerləşən “Viktoriya” bazasındakı amerikalı əsgərlər atış məşqində güllə atışmağa başlayıblar və bu arada Əl-Buəlvan kəndindən olan bu kiçik qıza güllə dəyib.”

Sakinlər deyirlər ki, bu hərbi bazanın atış məntəqəsinin yaşadıqları kəndin yaxınlığında olması ilə bağlı dəfələrlə müxtəlif qurumlara və orduya şikayət etsələr də, heç bir nəticə əldə etməyiblər.

Sakinlərin dediyinə görə, əvvəllər kənddə 4 nəfərə atəş açılıb.

Mayın 20-də Ərbildən 40 kilometr şimal-şərqdə yerləşən Hərir bazasında yerləşən Amerika qüvvələri yaşayış məntəqələrini və mülki avtomobilləri atəşə tutub, lakin itki olmayıb.

O zaman amerikalıların hərbi təlim zamanı səhvən yaşayış evlərini atəşə tutduqları da iddia edilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − eight =