İraqlıların müqavimət şəhidləri ilə əhd-peymanı yeniləmək və seçki nəticələrinə etirazla bağlı nümayişləri

İraqlıların müqavimət şəhidləri ilə əhd-peymanı yeniləmək və seçki nəticələrinə etirazla bağlı nümayişləri

Minlərlə iraqlı cümə günü şəhidlər Hacı Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndis ilə əhd-peymanlarını yeniləmək və ölkənin məhkəmə sistemini seçkilərin nəticələrinə şəffaf olmağa çağırmaqla bağlı küçələrə çıxıb.

Minlərlə iraqlı cümə günü İraqdakı seçkilərə etiraz etmək üçün Bağdad küçələrinə çıxıb.

Nümayişlərin və Mitinqlərin Təşkili Komitəsi seçkinin nəticələrinə etiraz olaraq ədliyyə orqanlarına bəyanat yayıb.

Bəyanatda deyilir:

 Cümə günü keçirilən dinc nümayişlərdə aksiyaçılar həftələr sonra gecə və gündüzlərini kədər və məşəqqətlə keçirərək, bu gün həqiqəti üzə çıxarmaq və xalqımızın gələcəyinə qarşı saxtakar və sui-qəsdçilərlə mübarizə aparmaq üçün şəhidlərin pak qanı ilə əhd-peymanı təzələdilər

Bu nümayişçilər sionist rejimlə münasibətlərin normallaşmasına və Amerika cinayətkar işğalçılarına təslim olmağa qarşı çıxırlar.

Bəyanatda etirazçılar məhkəməyə xitab olaraq ona nikbin olduqlarını və Allahdan sonra ümidlərinin bu məhkəməyə dikdiklərini bildirmiş və onu saxtakarlaq müqabilində möhkəm bir sədd olmağa çağırmışlar.

Bəyanatın sonuda bildirilir:

Candan və qandan müqəddəs heç nə yoxdur, amma biz onu vətənimizin, millətimizin müdafiəsi yolunda qurban verir, ədalət və məhkəmə sisteminin ədalətli olması yolunda öz mövqeyimizdə möhkəm dayanırıq.

İraqın federal məhkəməsi gələn bazar günü seçkilərin ləğvi ilə bağlı qərarını elan etməyə hazırlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + seven =