İraqlıların ölkədə ABŞ əsgərlərinin olmasına qarşı nümayişləri
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İraqlı mənbələr Bağdadın Ət-Təhrir meydanında ABŞ əsgərlərinin ölkədə davamlı olmasına etiraz olaraq onlarla iraqlının toplaşdığını bildirdi. Məlumata əsasən, onlarla iraqlı etirazçı şənbə günü Bağdaddakı Ət-Təhrir meydanına toplaşdı.
Təxminən, 200 nəfərin Ət-Təhrir Meydanında toplandığı və ABŞ hərbçilərinin İraqdan çıxarılmasına çağıran şüarlar səsləndirdiyi bildirilir.
Mənbə təhlükəsizlik qüvvələrinin də meydanın yaxınlığında geniş şəkildə yerləşdirildiyini söylədi.
Keçən dekabr ayında İraq parlamenti ABŞ-ın General Qasim Süleymani və Həşdi Şəbi təşkilatı rəhbərinin müavini Əbu Mehdi Əl-Mühəndisi şəhid etməsi ilə bağlı cinayət əməlindən sonra ABŞ əsgərlərinin İraqdan çıxarılması planını təsdiqlədi.
2014-cü ildə beynəlxalq koalisiya qüvvələri ünvanında 5000 ABŞ əsgəri İraq hərbi bazalarına yerləşdirilmişdi.