İrlandalı MMA Döyüşçüsü İsrail Əsgərini Döyərək “Azad Fələstin” Şüarı Səsləndirdi! (Video İzlə)
Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İtaliyanın paytaxtı Romada keçirilən MMA döyüş turnirində İrlandalı döyüşçü Paddy McCorry, İsrailli rəqibi Shuki Farage ilə qarşılaşıb.
Döyüş zamanı McCorry, rəqibini məğlub edərkən “Azad Fələstin” şüarını səsləndirib və bu anlar sosial mediada geniş yayılıb. McCorry, İsrail ordusunda xidmət etmiş rəqibini əzici üstünlüklə məğlub edərək onu yerə sərib və üzünə “Azad Fələstin” deyə hayqırıb. Döyüşdən sonra isə Fələstin bayrağını açaraq tamaşaçıları salamlayıb. Bu hadisə, idman dünyasında siyasi mesajların verilməsi ilə bağlı müzakirələrə səbəb olub. McCorry-nin bu hərəkəti, Fələstin məsələsinə dəstək verənlər tərəfindən cəsarətli bir jest kimi qiymətləndirilib.