İrlandiya Fələstini rəsmən tanıyıb

İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.
Bu barədə İrlandiyanın xarici işlər və müdafiə naziri Mixol Martin bildirib.
“Hökumətin bugünkü qərarı Fələstin dövləti ilə tam diplomatik münasibətlərin qurulmasına icazə verir”, – o qeyd edib.
M.Martin əlavə edib ki, Fələstinin İrlandiyadakı diplomatik missiyasının statusu Fələstin hakimiyyətinin Dublinə bu rəsmi müraciətindən sonra səfirliyə qədər qaldırılacaq.