İrlandiya İsrail rejiminin saxtakarlığını ortaya çıxdı

İrlandiya İsrail rejiminin saxtakarlığını ortaya çıxdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İrlandiya Respublikasının işğal olunmuş Fələstindəki səfirliyi bazar günü elan edib ki, İsrail kəşfiyyat agentliyi (Mossad) Həmas komandirinə sui-qəsd etmək üçün İrlandiya pasportlarından istifadə edib.

“Jerusalem Post”un məlumatına görə, bir twitter istifadəçisi İrlandiya Respublikasının xarici işlər naziri Simon Kouninin altı fələstinli insan haqları qrupunun terrorçu qrup olmasının sübuta yetirilməməsi ilə bağlı söylədiyi fikirlərə cavab olaraq yazıb: Dublin Təl-Əvivlə diplomatik əlaqələri olduğuna görə sionist rejimin iddiasına inanmalıdır.

İrlandiya Respublikasının işğal olunmuş Fələstindəki səfirliyinin twitter hesabı bu twitter istifadəçisinə cavab olaraq bildirib ki, sionist rejimin daxili kəşfiyyat xidməti (Şabak) tərəfindən bu qruplara qarşı irəli sürülən ittihamlar sübuta yetirilə bilməz.

Bu twitter hesabı həmçinin qeyd edib: “Diplomatik münasibətlər əhəmiyyətlidir, lakin bu cür əlaqələrdən sui-qəsd əməliyyatlarında istifadə olunmaq üçün istifadə edilərsə etimadın zədələnəcəyini başa düşmək olar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =