İşğal altındakı Fələstində şəhidlik əməliyyatı zamanı 4 sionist öldürlüb və bir fələstinli şəhid olub-Foto/Video

İşğal altındakı Fələstində şəhidlik əməliyyatı zamanı 4 sionist öldürlüb və bir fələstinli şəhid olub-Foto/Video

Çərşənbə axşamı günü bir fələstinli gənc şəhidlik əməliyyatında 4 sionisti öldürüb.

Sionist televiziyasının 13-cü kanalı təsdiqləyib ki, fələstinli gənc işğal altındakı Fələstinin cənubundakı Birəs-Səbə şəhərində avtomobillə vurma və soyuq silahla hücum əməliyyatı zamanı 4 sionisti öldürüb. Gənc fələstinli əməliyyatdan sonra İsrail işğalçıları tərəfindən güllələnib.

Fələstin xalqı bu şəhidlik əməliyyatından sonra işğal altındakı Fələstinin küçələrində yürüş edib. Fələstinli qruplar əməliyyata cavab olaraq bəyanat yayıb. Bəyanatda bildirilir: “Birəs-Səbə əməliyyatının Fələstin xalqının qələbəyə nail olmaq üçün hər yerdə müqaviməti davam edəcəyini sübut edir.”

HƏMAS-ın sözçüsü Əbdül Lətif Əl-Qanu əməliyyatı yüksək qiymətləndirərək deyib: “Müqavimət vəziyyəti Fələstin xalqının sionist rejimin cinayətləri ilə üzləşmək üçün dinamik halda olduğunu göstərir.”

Şəhab Xəbər Agentliyi Əl-Qanu-ya istinadən xəbər verir ki, sionist işğalçıya qarşı müharibə davam edir və onunla qarşıdurma dayanmayacaq və bu əməliyyat “Qüds Qılıncı” əməliyyatının nəticəsidir.

O, sionist rejim və onun şəhər sakinlərinin təşviş və iğtişaşlar içində olduğunu bildirərək, əlavə edib ki, bu əməliyyatlar sionist rejimin ayrı-seçkilik siyasəti və davamlı təcavüzünə cavabdır.

İslami Cihad hərəkatının sözçüsü Tariq Səlmi əməliyyata reaksiya verərək vurğulayıb ki, müqavimət sionist rejimə qarşı çəkindirməyə səbəb olub.

Səlmi bu əməliyyatın sionist rejimin Ən-Nəqib bölgəsində törətdiyi cinayətlərə təbii cavab olduğunu bildirib və deyib: “İsrail bir daha anlayacaq ki, millətimiz təslim olmayacaq və cihad və müqavimət bayrağı yerə enməyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + four =