İşğal altındakı Fələstinin şimalına raket hücumu
Cümə axşamı gecəsi xəbər mənbələri işğal altındakı Fələstinin şimalına raket hücumu edildiyini açıqlayıb.
İRNA-nın Sama Fələstin xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Livandan işğal olunmuş Fələstinin şimalına 8 raket atılıb.
Bu xəbərə əsasən, işğal olunmuş Fələstinin şimalında yerləşən sionistlərin Kiryat Şmona qəsəbəsində raket hücumu ilə bağlı həyəcan siqnalı verilib.
Livan İslami Müqaviməti bəyanat yayaraq, sionist rejimin Livan və Qəzzəyə qarşı törətdiyi cinayətlərə cavab olaraq, bir sıra Fələq raketləri ilə Kiryat Şmona qarnizonunu hədəf aldığını elan edib.
Bundan əvvəl Livan Hizbullahı açıqlama verərək elan etmişdi: “Ər-Rahib” bazasındakı işğalçı rejimin casus texnikasını müvafiq silahlarla hədəfə aldıq və birbaşa vurduq.
Hizbullah başqa bir bəyanatda bildirib: Mücahidlərimiz Livanın Şəba şəhərinin işğal altındakı tarlalarında yerləşən “Zabdin” kazarmalarını “Fələq” raketi ilə hədəfə aldılar və atılan raketlər birbaşa onu vurdu.
Sionist mediası həmçinin Livandan işğal olunmuş Fələstinin şimalında Nurit və Tel Ramim bölgələrinə zireh əleyhinə raketlərin atıldığını bildirib.
Hizbullah üçüncü bəyanatında sionist rejimin casusluq texnikasının “Əl Məric” bazasında birbaşa və dəqiq hədəfə alındığını açıqlayıb.
Fələstin müqavimət qruplarının “Əqsa tufanı” əməliyyatının başlaması ilə Livan Hizbullahı Qəzzada müqavimətə olan təzyiqi azaltmaq üçün sionist rejimin hədəflərinə qarşı gündəlik və ağır əməliyyatlar həyata keçirib.
Hizbullahın əməliyyatları Əl-Əqsa tufanı əməliyyatının başlamasından cəmi bir gün sonra və sionist rejimin Qəzzə zolağına müdaxilələri ilə eyni vaxtda başlayıb.
Sionist rejimin mediası da dəfələrlə etiraf edib ki, Hizbullah hələ də işğal olunmuş Fələstin torpaqlarının şimalında üstünlüyə malikdir və İsrail ordusu bu bölgədə tələyə düşüb.