İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə 30 fələstinli şəhid olub

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə 30 fələstinli şəhid olub

  “Muti” kimi tanınan Fələstinin Statistika və İnformasiya Mərkəzi cümə günü səhər yaydığı hesabatda 30 fələstinlinin keçən ay (fevral) işğal altındakı Qüds və İordan çayının qərb sahilində sionist qüvvələri tərəfindən şəhid edildiyini açıqlayıb.

Fələstinin Şahab xəbər agentliyinin məlumatına görə, “Muti” kimi tanınan Fələstin Statistika və İnformasiya Mərkəzinin hesabatında deyilir: Fevral ayında işğalçı rejim qüvvələri 2898 dəfə fələstinlilərin hüquqlarını pozub.

Bu hesabata əsasən, fevral ayında 30 fələstinli, o cümlədən 16 fələstinli Nablusda sionist qüvvələr tərəfindən şəhid edilib, yüzlərlə fələstinli də yaralanıb və həbs olunub.

Bu hesabatda əlavə edilir ki, bu müddət ərzində işğalçı qüvvələr tərəfindən fələstinlilərin evlərinin sökülməsi ilə bağlı 25 əməliyyat həyata keçirilib və onların evlərinə 119 basqın və hücum təşkil edilib.

Sionistlər həmçinin 24 dəfə dini mərkəzlərə hücum ediblər və 3538 mühacir də Əl-Əqsa məscidinə hücum edərək məscidə hörmətsizlik ediblər.

Bundan əvvəl Fələstinli Əsirlər Təşkilatı bu il fələstinli şəhidlərin sayının 236 nəfərə çatdığını açıqlamışdı.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz şərait yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + four =