İşğal altındakı Qüdsdə Netanyahuya qarşı aksiyalar davam edir
Hiddətlənmiş sionistlər işğal altındakı Qüdsdə növbəti dəfə İsrailin baş nazirinə qarşı nümayiş keçiriblər.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, sionistlər bu gün (19 mart) Benyamin Netanyahunun Daxili Təhlükəsizlik Agentliyinin (Şabak) rəhbəri Ronen Barı işdən çıxarmaq və Qəzzəyə hücumları bərpa etmək qərarına etiraz olaraq işğal olunmuş Qüdsdə nümayiş keçiriblər.
Nümayişçilər həmçinin israilli məhbusların azad edilməsi üçün Həmasla razılaşmanın tamamlanmasını tələb ediblər.