İşğal altındakı Qüdsdə 71 nəfər yaralanıb və həbsdən azad edilmiş bir fələstinli şəhid olub

İşğal altındakı Qüdsdə 71 nəfər yaralanıb və həbsdən azad edilmiş bir fələstinli şəhid olub

Fələstin xəbər mənbələri xərçəng səbəbiylə azad edilmiş bir fəlstinlinin vəfat etdiyini bildirib. Bu şəxs

Sionist rejimin Həbsxana Tibb Təşkilatının tibbi səhlənkarlığı səbəbilə şəhid olub. Onlar həmçinin bildiriblər ki, işğal olunmuş Qüdsdə sionist hərbçilərlə toqquşmalarda 71 fələstinli yaralanıb.

İsrail həbsxanasından bir müddət əvvəl azad edilən fələstinli məhbus İhab Zeyd Əl-Kilani bazar ertəsi xərçəng xəstəliyindən vəfat edib.

Fələstin İnformasiya Mərkəzi bildirib ki, Əl-Kilani müqəddəs Ramazan ayının ortalarında həbsdən çıxdıqdan bir neçə gün sonra həbsxanada xərçəngə yoluxduğu məlum olub. Fələstin mənbələri bildirirlər ki, bu azad olunmuş fələstinlinin həbsdə olduğu müddətdə onun vəziyyəti sionist rejimin tibbi səhlənkarlıq siyasəti və lazımi müalicənin olmaması səbəbindən pisləşib və o, azadlığa buraxıldıqdan dərhal sonra xəstəxanaya aparılıb. Təəssüflər olsun ki, bazar ertəsi gününə qədər xəstəxanada qalan Əl-Kilani şəhidatə çatıb.

Digər tərəfdən, Fələstin Qırmızı Aypara Cəmiyyəti bazar ertəsi gecə verdiyi açıqlamada İsrail ordusunun işğal altındakı Qüdsdə Vəlid Əş-Şərifin dəfn mərasimi iştirakçılarına hücumu nəticəsində 71 nəfərin yaralandığını açıqlayıb.

Açıqlamada 66 nəfərin İsrail ordusunun plastik güllə və gözyaşardıcı qazlarından yaralandığı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =