İşğal altındakı Qüdsdə şəhidlik əməliyyatı: Sionist əsgər yaralanıb-Video

İşğal altındakı Qüdsdə şəhidlik əməliyyatı: Sionist əsgər yaralanıb-Video

Fələstinli mənbələr sionist hərbçilərin onlara hücum etdiklərini iddia edərək bir fələstinlini şəhid etdiklərini bildiriblər.

Fələstin xəbər mənbələri işğal altındakı Qüdsün Babəl-Amud məntəqəsində şəhadət əməliyyatı barədəc xəbər verib.

Səma Xəbər Agentliyi bıçaqla həyata keçirilən əməliyyat zamanı bir sionist əsgərin yaralandığını və bunun ardınca da sionist əsgərlərin əməliyyatı icra edən şəxsə atəş açdığını bildirib.

İbranidilli “Kan” kanalı əməliyyatı törədən fələstinlinin əməliyyat zamanı şəhid olduğunu bildirib, lakin sionist əsgərin vəziyyəti ilə bağlı təfərrüatlar dərc edilməyib.

Bu əməliyyatdan sonra sionist rejim polis qüvvələri hazır vəziyyətə gətirilib və Babəl-Əmud bölgəsində gərgin vəziyyət hökm sürməkdədir.

Bu arada İsrail ordusu bir neçə saat əvvəl Tulkərimdən işğal altındakı Fələstinə girməyə çalışan fələstinli gəncə atəş açıb. Həmin gənc fələstinli Qəzzə zolağının sakini olub və atışma zamanı şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − one =