İşğal altındakı Qüdsün qərbində yeni şəhidlik əməliyyatları həyata keçirilib

İşğal altındakı Qüdsün qərbində yeni şəhidlik əməliyyatları həyata keçirilib

Fələstin mediası iki fələstinlinin Qüdsün qərbindəki bir bazarda sionistlərə qarşı soyuq silahla hücuma cəhd etdiyini bildirib.

Sionist media iki fələstinlinin Qüdsün qərbindəki “Mohni Yəhuda” bazarında soyuq silah əməliyyatları həyata keçirməyə çalışdığını və bölgədə təhlükəsizlik tədbirlərini gücləndirdiyini açıqlayıb.

Sionist mənbələrin yaydığı ilkin məlumata görə, işğal altındakı Qüdsdəki “Mohni Yəhuda” bazarı işğalçı İsrail qüvvələrini hazırllıq vəziyyətinə gətirilməsinə səbəb olan təhlükəsizlik hadisəsinin şahidi olub.

Sionist media da əməliyyatın soyuq silah və atışma ilə eyni vaxtda həyata keçirildiyini bildirib və əlavə edib ki, bu əməliyyatı törədənlərə hərbçilər atəş açıb və sonra onları həbs edib.

Çərşənbə axşamı günü axşam saatlarında Tel-Əvivin şərqində yerləşən Bəni-Bərakda atışma nəticəsində 5 sionist öldürülüb, 6 nəfər isə yaralanıb.

İsrail polis mənbələri bu gecə Tel-Əvivdə baş verən atışmada bir polisin öldürüldüyünü deyib.

Əməliyyatdan sonra sionist rejim polisi tam hazır vəziyyətə gətirilib və minlərlə ehtiyat qüvvə müxtəlif bölgələrdə yerləşdirilmək üçün cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =