İşğal edilən Colanda yerli əhali ilə İsrail qüvvələri arasında toqquşma baş verib, 20 nəfər xəsarət alıb

İşğal edilən Colanda yerli əhali ilə İsrail qüvvələri arasında toqquşma baş verib, 20 nəfər xəsarət alıb

İşğal edilən Colan Yüksəkliklərində yerli əhali ilə İsrail polisi arasında qarşıdurma baş verib. Yaralanan və xəsarət alanlar var.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, qarşıdurmalar bu gün Colan Yüksəkliklərində Məsədə qəsəbəsi ərazisində baş verib.

Məlumata görə işğal edilən bölgədə İsrail tərəfindən alternativ enerji layihəsi adı ilə aparılan qazıntılar zamanı yerli əhali etiraza qalxıblar.

Məlumata görə ötən gün Məcdəl-Şəms qəsəbəsində, bu gün isə Məsədə qəsəbəsi ərazisində baş verən qarşıdurmalarda ümumilikdə altı nəfər saxlanılıb, azı 20 nəfər yaralanıb və xəsarət alıb.

Qeyd edək ki, 1967 və 1973-cü ildə işğal edilmiş Suriyanın Colan Yüksəkliklərində (hazırda İsrailin nəzarətində olan hissədə) 60 minə yaxın insan məskunlaşıb. Onların 40 mini Suriya vətəndaşı olmuş druz və ərəblər, qalanı isə son 40 ildə bölgədə yerləşdirilən yəhudilərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − six =