İşğal məhdudiyyətlərinə baxmayaraq, on minlərlə insan Əl-Əqsa məscidində təravih namazı qılıb

İşğal məhdudiyyətlərinə baxmayaraq, on minlərlə insan Əl-Əqsa məscidində təravih namazı qılıb

On minlərlə insan Əl-Əqsa məscidində Ramazan ayının ilk təravih namazını qılarkən, İsrail işğalçı qüvvələri xüsusilə işğal altında olan Qüdsün Köhnə Şəhərində məscidə gedən yollarda maneələr çəkərək və nəzarət-buraxılış məntəqələri quraraq məhdudiyyətlər qoyub.

Fələstinlilərin hesablamalarına görə, mərasimdə əksəriyyəti işğal olunmuş Qüdsdən olan 60 minə yaxın insan iştirak edib. Təravih namazı Şeyx Yusif Əbu Sünnə və Şeyx Məhəmməd Əli əl-Abbasi tərəfindən qılınıb.

Məscidi Əqsanın direktoru Şeyx Ömər Əl-Kisvani məscidin səsgücləndiriciləri ilə yayımlanan çıxışında müsəlmanları çoxlu sayda Əl-Əqsa məscidinə getməyə çağıraraq, bu müqəddəs məkanın ibadət və Allaha yaxınlaşma yeri olduğunu vurğulayıb. O, məsciddə ibadət edənlərə dinclik və mənəviyyat mühitinin yaradılmasına çağırıb.

Qüdsdəki Vadi Hilve Hüquqi Məlumat Mərkəzi İsrail işğalçı qüvvələrinin Əl-Əqsa məscidinə gedən yollarda və girişlərində metal maneələr və nəzarət məntəqələri qurduğunu açıqlayıb.

Mərkəz həmçinin bildirib ki, gənc fələstinli gecə və təravih namazlarını qılmaq üçün məscidə gedərkən işğalçı qüvvələr tərəfindən fiziki axtarışa məruz qalıb və döyülüb. İşğalçı qüvvələr Məscidül-Əqsada bir fələstinli ailəni də həbs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + ten =