İşğal olunmuş ərazilərdə 6 fələstinli şəhid olub

İşğal olunmuş ərazilərdə 6 fələstinli şəhid olub

İşğal olunmuş Fələstindəki yerli mənbələr ötən ay (fevralda) sionist yaraqlıların birbaşa atəşi nəticəsində altı fələstinlinin öldürüldüyünü bildirir.

Ötən fevral ayında 6 fələstinli işğal olunmuş ərazilərdə sionist yaraqlılar tərəfindən güllələnərək şəhid olub, onlarla insan yaralanıb.

Fələstin İnformasiya Agentliyi “Muatti Araşdırma Mərkəzi”nin məlumatına istinadən, ötən ay sionist işğalçılara qarşı 52 atışma, 2 soyuq silahla hücum və 7 qumbaraatan hücumu barədə məlumat verildiyini bildirib.

İşğalçılar ötən ay “Cənin” və “Nablus”a hücum edərkən müqavimət döyüşçüləri bir neçə dəfə işğalçılarla silahlı toqquşmalara girib.

Hesabatda əlavə edilib ki, ötən ay altı fələstinli, o cümlədən üç müqavimət döyüşçüsü sionist yaraqlılar tərəfindən güllələnərək şəhadətə yetiriliib və onlarla insan yaralanıb.

Fələstinli gənclər ötən fevralda İsrail işğalçıları ilə toqquşma zamanı onlara 55 dəfə molotof kokteyli atıb, sionist qəsəbə sakinləri ilə 105 dəfə toqquşma olub.

İşğal olunmuş ərazilərdə Fələstinin müxtəlif müqavimət əməliyyatlarında 27 sionist əsgər və qəsəbə sakini yaralanıb.

Mövzu ilə bağlı xəbərlərdə keçən fevral ayında 16-sı uşaq və 16-sı qadın olmaqla 191 fələstinlinin sionist qüvvələr tərəfindən nəzarətə alındığı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =