İşğal olunmuş ərazilərdə fövqəladə vəziyyət elan edilib
KİV-i sionist rejimə qarşı müqavimətin Əl-Əqsa tufanı əməliyyatından sonra işğal olunmuş ərazilərdə fövqəladə vəziyyət elan edildiyini bildirib.
Fələstin müqavimət qüvvələri bu gün( şənbə) səhər saatlarından “Əl-Əqsa tufanı” adlı əməliyyatla işğal olunmuş ərazilərə, o cümlədən Təl-Əviv və Aşdoda 5 mindən çox raket zərbəsi endirib .
Sionist “The Times of Israel” qəzeti xəbərində yazıb ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisi bu rejimin təhlükəsizlik kabinetinin fövqəladə iclasının təşkil edilməsini elan edib.
Sionist rejimin müharibə naziri Yoav Qalant Qəzza zolağından 80 kilometr radiusda fövqəladə vəziyyət elan edib.
Bu sionist qəzet fövqəladə vəziyyətin elan edilməsini işğal olunmuş ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və hər hansı bir toplaşmanın qarşısının alınması və əsas şəhərlərdə, o cümlədən Təl-Əviv və Beerşebada yolların bağlanmasının səbəbi hesab edib.
Sionist mənbələr HƏMAS hərəkatının qurudan, dənizdən və havadan sionist ordusunu heyrətə saldığınıbildirib.
Bir sionist rəsmi bildirib ki, Qəzza zolağının sionist yaşayış məntəqələrində ölənlərin sayı çoxdur və ölənlərin dəqiq sayını verə bilmərik.
Həmçinin Sionist mediası Ben Qurion hava limanının bağlandığını bildirib.