İşğal olunmuş ərazilərdə şəhidlik əməliyyatlarından sonra fələstinlilər kütləvi həbs olunub

İşğal olunmuş ərazilərdə şəhidlik əməliyyatlarından sonra fələstinlilər kütləvi həbs olunub

İşğal olunmuş Qüdsdə şəhidlik əməliyyatları və işğal olunmuş torpaqların müxtəlif yerlərində atışmalardan sonra sionist ordu fələstinlilərin kütləvi həbslərinə başlayıb.

Xəbər mənbələri bu gün səhər (bazar günü) sionist ordusu tərəfindən fələstinli gənclərin kütləvi həbsi barədə məlumat yayıb.

“Sky News” kanalı sionist ordusunun işğal altındakı Qüdsdə və İordan çayının qərb sahilinin bir neçə şəhərində 60 fələstinlini həbs etdiyini bildirib.

Cümə gecəsi işğal altındakı Qüdsdə şəhadət əməliyyatından sonra İsrail polisi 42 fələstinlinin həbs olunduğunu açıqlayıb.

Bu elanla eyni vaxtda sionist rejimin 12-ci kanalı bu rejimin polisinə istinadən xəbər verib ki, işğal olunmuş ərazilərin bütün bölgələrində yüksək hazırlıq vəziyyəti hökm sürür.

İsrailin polis nəzarəti departamentinin rəhbəri Yaqub Şibtai şənbə günü səhər saatlarından etibarən bütün polislərin 12 saatlıq növbə ilə işləyəcəyini və polisin işğal olunmuş ərazilərin sakinlərindən şübhəli şəxs gördükləri təqdirdə polis şöbəsinə müraciət etmələrini xahiş edib.

Cümə günü axşam saatlarında sionist mənbələr işğal olunmuş Qüdsdə atışmanın baş verdiyini, nəticədə azı 8 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını bildiriblər.

Bu şəhadət əməliyyatının icraçısı Xeyri Əlqəm sionist polisi tərəfindən təqib olunduqdan sonra şəhid edilib. Bu əməliyyat cümə axşamı sionist rejim əsgərlərinin İordan çayının qərb sahilindəki Cənin düşərgəsinə hücum edərək 9 fələstinlini öldürməsi və bir neçə nəfəri yaralamasından sonra baş tutub.

Şənbə günü günorta saatlarında sionist mənbələr Qüdsün işğal altında olan Selvan məhəlləsində daha bir əməliyyatın keçirildiyini və bu əməliyyat zamanı iki sionistin yaralandığını bildiriblər. Bir neçə saat sonra sionist mediası yaralananlardan birinin sionist ordusunun paraşütçülərindən olduğunu və onun ağır yaralandığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 2 =