İşğal olunmuş ərazilərin böyük bir hissəsində elektrik enerjisi kəsildi

İşğal olunmuş ərazilərin böyük bir hissəsində elektrik enerjisi kəsildi

İsrailin elektrik şirkəti İranın geniş raket əməliyyatının İsrailin elektrik şəbəkəsini sıradan çıxardığını təsdiqləyib.

İRNA-nın verdiyi məlumata görə, sionist enerji şirkəti dünən gecə (1 oktyabr) elan edib: İranın atdığı raketlər nəticəsində “Beer Səba” şəhəri və Qüds yaxınlığındakı yaşayış məntəqələrinin elektrik enerjisi kəsildi.

İranın İsrailə raket cavabından sonra bəzi aviaşirkətlərin işğal altında olan Fələstinə uçuşları ləğv edilib.

İşğal edilmiş ərazilərdə olan qəsəbə sakinlərin də İran raketlərinin qorxusundan sığınacaqlarda yerləşdirilib. Halbuki, sionist hakimiyyət orqanlarına İran raket hücumu ilə yalnız hərbi mərkəzlərin hədəfə alındığı və yaşayış məntəqələrinə heç bir hücum olunmadığını iddia edir.

İslami müqavimətin etibarlı mənbələri Əl-Mayadeen şəbəkəsinə bildiriblər ki, “Hatsarim”, “Netsarim” və “Nivatim” bazaları bağlanıb.

Bu qaynaqlar həmçinin elan ediblər ki, bu bağlanma İranın bu bazalara raket zərbələri endirməsi və ciddi ziyan vurmasından sonra baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − nine =