İşğal olunmuş ərazilərin şimalında 5 sionist əsgər yaralanıb

İşğal olunmuş ərazilərin şimalında 5 sionist əsgər yaralanıb

İbrani mənbələr işğal olunmuş ərazilərin şimalında ordunun patrul avtomobilinin aşması nəticəsində sionist rejimin 5 əsgərinin yaralandığını elan ediblər.

Mehr xəbər agentliyinin Şahab News-a istinadən verdiyi məlumata görə, işğal olunmuş ərazilərin şimalında bu rejim ordusunun patrul avtomobilinin aşması nəticəsində sionist rejimin 5 əsgəri yaralanıb.

İbrani mənbələr bu hadisədə yaralanan sionistlərdən birinin aldığı xəsarətlərin digər 4 sionist əsgərdən daha ağır olduğunu açıqlayıb.

Digər tərəfdən, Yediot Aharonot bir neçə gün əvvəl Netanyada özünü yandıran sionist ordunun üzvü “Bar Kolef”in öldüyünü yazıb.

Sionist rejimin Hərbi Nazirliyi bu sionist əsgərin 2014-cü ildə Qəzza müharibəsi zamanı sarsıntıların yaratdığı gərginlik səbəbindən müharibədən zərər çəkmiş əsgərlər sırasına daxil edilməsi tələbini rədd etdikdən sonra, o, özünü yandırıb.

İbrani mediası bu gün həmin sionist əsgərin özünü yandırması nəticəsində aldığı xəsarətlərdən öldüyünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − seventeen =