İşğal olunmuş Qüdsdə əməliyyat keçirilib və iki sionist yaralanıb

İşğal olunmuş Qüdsdə əməliyyat keçirilib və iki sionist yaralanıb

Sionist rejimin mediası işğal olunmuş Qüdsdə atışma əməliyyatı və iki sionistin yaralanması barədə məlumat yayıb.

Sionist rejimin 13-cü kanalı polis və Şabak qüvvələrinin bu əməliyyatı törədənin tapılması üçün patrul əməliyyatı çərçivəsində Şeyx Cərrah məhəlləsində bir binanın mühasirəyə alındığını elan edib.

İşğal olunmuş Qüdsdəki sionist rejim polisinin sözçüsü bildirib ki, tibb personalı Qüdsün “Şəmun türbəsi” ərazisi yaxınlığında baş vermiş qəza yerində yaralılara ilkin tibbi yardım göstərib və atəş açan şəxs hadisə yerindən qaçıb.

Sionist rejimin bəzi KİV-ləri Şeyx Cərrah məhəlləsindəki mühacirlərin avtomobilinin bir fələstinli tərəfindən ataşə tutulduğunu və iki sionisti yaraladığını, əməliyyat icraçısının hadisə yerindən qaçmağa müvəffəq olduğunu elan edib.

Amma sionist rejimin 12-ci kanalı bildirib ki, bu əməliyyatın icraçısı avtomobilə minib və piyadalara atəş açdıqdan sonra dərhal hadisə yerini tərk edib.

Sionist rejim polisi bu əməliyyatın səbəbkarlarını tapmaq üçün öz qüvvələrini və sərhəd mühafizə qüvvələrini hərəkətə keçirib və Şeyx Cərrah sakinlərindən evlərində qalmalarını və qapılarını bağlamalarını istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =