İşğal olunmuş Qüdsdə silahlı hücum zamanı 6 nəfər yaralanıb

İşğal olunmuş Qüdsdə Maale Adumim yaşayış məntəqəsinin yaxınlığından keçən magistral yolda silahlı şəxs atəş açaraq 6 nəfəri yaralayıb.
Bu barədə İsrailin ictimai yayımçısı “Kan” məlumat yayıb.
Təcili yardım xidmətindən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Məlumata görə, insidenti törədən şəxs “neytrallaşdırılıb”.